Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır


Dünya 02 Apr 2019 13:42:00 222 0

Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır

Kriminal aləmin ən nüfuzlu "qanuni oğru"su, "Taro" ləqəbli" Tariel Muluhov (Oniani)  aprelin 9-da azadlığa çıxacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. "Taro" 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin hələ 2017-ci ildə "qanuni oğru" məhkəmə yolu ilə cəzasını 9 il 10 ay müddətinə azaltmağa nail ola bilib. 

Nəşrin məlumatına görə, Federal Penitensiar Xidmət (FSİN) məhkəməyə müraciət edərək  kriminal avtoritet azadlığa çıxandan sonra onun üzərində inzibati nəzarət qoyulmasını, eləcə də iki aydan bir yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydiyyatdan keçmək və saat 22:00-dan səhər saat 06:00 qədər evdən kənara çıxmamaq öhdəliyi qoyulmasını tələb edib.