İstanbulda seçkinin nəticələri ilə bağlı


Dünya 02 Apr 2019 13:35:00 229 0

İstanbulda seçkinin nəticələri ilə bağlı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərinin yekunları ilə bağlı İstanbulun 39 rayonunda etiraz aksiyası keçirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, AKP bu şəhərdə nəticələrin saxtalaşdırıldığını iddia edib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin dəyişməz qalacağını demişdi.

O bildirmişdi ki, nəticələrdən narazı qalanlar şikayət ərizəsi ilə müraciət edə bilərlər.