Yerüstü çaylar Binəqədiyə axır... VİDEO FOTO


Digərləri 02 Apr 2019 13:15:00 228 0

Yerüstü çaylar Binəqədiyə axır...  VİDEO  FOTO

Bakıda yerüstü çaylar axan qəsəbə var. Həmin yer çox da uzaqda deyil, Binəqədi rayonunun eyni adlı qəsəbəsində...

Eşitdiyimiz zaman inanmasaq da, gedib gözlərimizlə gördük. 

Son.az xəbər verir ki, qəsəbənin 3-cü mədən, 124-cü korpusda yaşayan məhəllə sakinləri qafqazinfo-ya müraciət edərək bu çayın yaranma tarixçəsini danışmaq istədiklərini bildirdilər. 

Çayın mənbəyi yaşayış evləridir. 20 ilə yaxındır burada yaşayan qocaman Rüstəm Nəcəfov deyir ki, əslində, əvvəl burada çay yox, göl olub. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti həmin gölü rayonun digər qəsəbələrinin zibili hesabına qurudub. İnsafən, göl tam qurudulmayıb, yerində fərqli su axını yaradılıb.

Göl olan vaxtlarda sakinlər kanalizasiya sularını ora axıdırmış, lakin indi onun yerində qalan kiçik çay qolları 2 minə yaxın evin tullantısına tab gətirə bilmir. 

"Azərsu" ərazini su ilə təmin etsə də, o suyun keçdiyi müəyyən prosesdən sonra axıdılmasını nəzərə almayıb. Sakinlərin sözlərinə görə, kanalizasiya xətləri olmasa da, kanalizasiya pulu ödəyirlər. Nə vaxtsa bu xəttin olacağı ümidi ilə...


Xəbərə aid fotolar