Bakı Ali Neft Məktəbi "Rapid Solutions "şirkətilə anlaşma memorandumu imzaladı


Digərləri 02 Apr 2019 12:34:00 231 0

Bakı Ali Neft Məktəbi "Rapid Solutions "şirkətilə anlaşma memorandumu imzaladı

Bakı Ali Neft Məktəbinin (BANM) partnyorları siyahısına daha bir transmilli şirkət daxil oldu.

Son.az xəbər verir ki, BANM elektrik, hidravlik və mexaniki qurğuların, telekommunikasiya xidmətlərinin və bu istiqamətdə texniki təlimlərin qlobal təchizatçısı olan "Rapid Solutions" şirkəti ilə anlaşma memorandumu imzalayıb.

Memorandumun imzalanmasında əsas məqsəd Ali Məktəbin müxtəlif ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və biliklərin yiyələnməsi üzrə birgə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsidir.

Müqavilənin şərtlərinə əsasən şirkət özünün marağında olan ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığında Ali Məktəblə əməkdaşlıq edəcək, müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, eləcə də birgə elmi forum və konfransların təşkili işlərində köməklik göstərəcək.