"Gəlin toy günü bakirə çıxmasa, öldürülə bilər"


Dünya 02 Apr 2019 11:30:00 223 0

"Gəlin toy günü bakirə çıxmasa, öldürülə bilər"

Bəşəriyyət yaranandan bəri fahişəlik, fahişə ilə cinsi əlaqədə olan kişilər, fahişə qadınlar olub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bunlar İsrailin məşhur "Haaretz" nəşrindəki "Yəhudilərin tarixi seks qaydaları" adlı məqalədə qeyd olunub.

Məqalədə yəhudilərin qədim dövrlərdəki seks qaydaları və fahişəlikdən bəhs edilib.

Tanınmış yazar Elon Giladın qeydlərinə görə "Tövrat"da nəinki kişilərin birdən çox qadınla evlənməsinə icazə verilir, hətta onların fahişələrlə də cinsi əlaqədə olmasına qadağa yoxdur.

"Əgər ər toy gecəsi gəlinin bakirə olmadığından şübhələnsə və qızın ailəsi onun bakirəliyini sübut edə bilməsə, həmin qadın ata evində daş-qalaq edilərək öldürülə bilər", - "Əhdi-Ətiq"in ikinci kitabında deyilir.