Türkiyədə zəlzələ səbəbindən məktəblilər daha iki gün tətilə buraxılıb


Dünya 02 Apr 2019 08:48:00 195 0

Türkiyədə zəlzələ səbəbindən məktəblilər daha iki gün tətilə buraxılıb

Türkiyənin Dənizli vilayətinin Acıpayam rayonunda məktəblər aprelin 2-də və 3-də olmaqla daha iki gün tətilə buraxılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb martın 20-də Rixter cədvəli üzrə 5,5 bal gücündə zəlzələdən sonra yeraltı təkanların davam etməsidir. Sonuncu zəlzələ martın 31-də 4,9 bal gücündə olub. Evləri dağıldığından çadırlarda məskunlaşan sakinlərin zəruri tələbatını ödəmək üçün bölgəyə humanitar yardım göndərilib. Zəlzələ nəticəsində zərər çəkmiş 5 orta məktəb binası bağlanıb.