Acılı yeyən insanlar digərlərinə nisbətən daha uzun ömür yaşayırlar


Digərləri 02 Apr 2019 08:35:00 193 0

Acılı yeyən insanlar digərlərinə nisbətən daha uzun ömür yaşayırlar

Beynəlxalq alimlərdən ibarət bir qrupun Çində yaşayan, təxminən 500 min nəfər ilə apardığı araşdırmaya görə, hər gün acılı (istiotlu) yeməklər yeyənlər digərlərinə nisbətən daha uzun ömür yaşayırlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, tədqiqat qrupunun 7 il ərzində hazırladığı elmi-tədqiqat işi British Medical Journal (BMJ) jurnalında dərc olunub. Yazıda, acılı sevənlərin araşdırma zamanı daha az ölüm təhlükəsilə üzləşdiyi qeyd olunub.

Acı bibərin acı olmasını təmin edən "Kapsaisin"in krebs hüceyrələrinin yaranmasına mane olduğunu deyən tədqiqatçılar ürək qan dövranı xəstəlikləri, xərçəng və tənəffüs yolu xəstəliklərinə bağlı ölüm risklərinin, acı sevənlərdə digərlərinə nisbətən 14 faiz daha az göründüyünü bildirirlər.

Ədviyyatın antibakteriyel xüsusiyyətinə diqqəti çəkən tədqiqatçılar, araşdırmada iştirak edənlərdə hər hansı bir infeksiya səbəbilə həyatını itirənlərin sayının həddən az olduğunu yazıblar.