Samuxda yanğın olub


Digərləri 02 Apr 2019 08:28:00 346 0

Samuxda yanğın olub

Samux rayonunda, fərdi  evdə baş verən yanğın ölümlə nəticələnib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

Ölən şəxs Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir.

O, hadisə zamanı evdə tək olub. Faktla bağlı araşdırma aparılır.