"Hərdən səhər oyanırsan və öyrənirsən ki, ABŞ təhlükəsizliyimizə təsir edən qərar qəbul edib"


Dünya 02 Apr 2019 08:02:00 211 0

"Hərdən səhər oyanırsan və öyrənirsən ki, ABŞ təhlükəsizliyimizə təsir edən qərar qəbul edib"

ABŞ administrasiyası kollektiv təhlükəsizliyə təsir göstərən qərarlar barədə ictimai bəyanat verməmişdən öncə öz müttəfiqlərinə xəbərdarlıq etməlidirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı İspaniyanın xarici işlər naziri Jozep Borrel deyib.

J.Borrel bildirib: "ABŞ-ın bu cür qərarlar qəbul edərkən birtərəfli yanaşması bizim xoşumuza gəlmir. ABŞ-ın orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxmaq üçün öz səbəbləri ola bilər. Lakin biz bu haqda əvvəlcədən bilmək istəyərdik".