Rumıniyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib


Dünya 02 Apr 2019 08:03:00 208 0

Rumıniyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Rumıniyanın sabiq prezidenti İon İliesku xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, sabiq prezident bazar ertəsi müayinə üçün "Elias" xəstəxanasına gəlib. Burada həkimlər onun ağır nəfəs almasına diqqət yetiriblər və sabiq prezidenti ürək-damar xəstəlikləri institutuna göndəriblər.

Xəstəxananın nümayəndəsi Silvia Neqoitse bildirib ki, İ.İlieskunun vəziyyəti ağır deyil.