Yağ yemək sizin üçün faydalıdır yoxsa zərərli?


Digərləri 02 Apr 2019 08:05:00 220 0

Yağ yemək sizin üçün faydalıdır yoxsa zərərli?

Sağlam qidalanmaq istəyənlərin bir çoxu yağın faydalı yoxsa zərərli olduğunu bilmək istəyirlər. Bu sualın cavabı isə, hələ indiyədək tam şəkildə açıqlanmamışdır. Bunun ən əsas səbəbi isə, kərə yağının tərkibində olan faydalı və zərərli maddələrin eyni miqdarda olmasıdır. Bu səbəbdən də, illərdir ki, mübahisə mövzusu olan kərə yağı nə çox rahatlıqla istifadə olunur, nə də ki, həddindən artıq qəbul edilir.

16-20-ci əsrlər arası hər kəs tərəfindən qəbul edilən kərə yağı son illərdə o qədər də rəğbətlə qarşılanmır. 1911-ci ildə hər bir insan ən azı 23.6 qram kərə yağı qəbul edirdisə, indi həmin rəqəm 6.2 qramdan azdır. 100 il ərzində kərə yağının istifadəsinin bu qədər azaldılması həqiqətən də, çox qəribədir.