Oppo Reno Antutu testindən keçdi: təqdimata sayılı günlər qalır


Digərləri 02 Apr 2019 07:51:00 232 0

Oppo Reno Antutu testindən keçdi: təqdimata sayılı günlər qalır

Çinin elektronika istehsalçısı Oppo-nun yeni telefonu Oppo Reno-nun xüsusiyyətləri haqqında yeni məlumatlar və fotolar yayımlandı.

Son.az chip.az-a istinadən bildirir ki, TENAA göstəricilərindən sonra Oppo Reno, PCAM00 kodu ilə Antutu-dan da keçdi. Oppo Reno-nun standart versiyası Snapdragon 710 prosessoru 6 GB RAM, 256 GB daxili yaddaş və 2340 x 1080 pikselə malik bir ekranla gəlir. Cihaz Coloros interfeysi və Android 9 Pie variantına sahib olacaq. Həmçinin, Oppo Reno-nun Android Q yeniləməsi alması da mümkündür. Belə ki, cihaz Antutu testindən 167.000 xal aldı. Bu da orta səviyyəli bir telefon üçün olduqca qənaətbəxşdir.

Oppo Reno TENAA qeydlərində 8 GB RAM ilə qarşımıza çıxsa da Antutu-da 6 GB RAM ilə testdən keçdi. Bu da onu göstərir ki, orta səviyyəli bir telefon kimi qiymətləndirilən cihaz 8 GB RAM ilə gələrsə daha böyük göstərici əldə edə bilər.

Oppo Reno-nun indiyə qədər ortaya çıxan digər xüsusiyyətlərinə nəzər salacaq olsaq cihazın 6,4 düyümlük AMOLED ekranvə 3.680 mah batareya ilə gələcəyini söyləyə bilərik. Bunlarla yanaşı cihaz, Adreno 616 qrafik prosessora, 10x teleskop zoom linzaya sahib olacaq və 5G dəstəyi təqdim edəcək.