Monoprix itən corab tayları problemini kökündən həll edir VİDEO


Digərləri 02 Apr 2019 07:41:00 233 0

Monoprix itən corab tayları problemini kökündən həll edir  VİDEO

Fransanın pərakəndə satış şirkəti itən corab taylarının yaratdığı depresiyanın qarşısını almaq üçün üçlü corab satır. Yəni corablar 2 cüt yox üçlü formada satışa buraxılır.

Hər corab itəndə varlığına birazda əmin oldumuz "corab canavarı" axşam cüt qoyub, səhər 1 tayını tapa bilmədiyimiz corablarları oğurlaması artıq bizi məyus edə bilməyəcək.

Son.az chip.az-a istinadən bildirir ki, Fransanın pərakəndə zəncirvarı satış şirkəti Monoprix, itən çorab tayları üçün səmərəli bir həll təklif edir. Monoprix, çorabın bir tayının itməsinə qarşı üçlü corab satışını reallaşdıracaq. Beləliklə, corabınızın birini itirərkən, heç bir əsəb keçirmədən əlavə olan tayı geyinib, həyatınıza davam edə bilərsiniz.