Rumıniyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib


Digərləri 02 Apr 2019 04:51:00 244 0

Rumıniyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Rumıniyanın sabiq prezidenti İon İliesku xəstəxanaya yerləşdirilib

Bakı. Rumıniyanın sabiq prezidenti İon İliesku xəstəxanaya yerləşdirilib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sabiq prezident bazar ertəsi müayinə üçün "Elias" xəstəxanasına gəlib. Burada həkimlər onun ağır nəfəs almasına diqqət yetiriblər və sabiq prezidenti ürək-damar xəstəlikləri institutuna göndəriblər.