Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq müzakirə edilib (FOTO)


Digərləri 02 Apr 2019 00:41:00 238 0

Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq müzakirə edilib (FOTO)

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsində olub

Bakı. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Vladimir Qjorjiyev və nümayəndəliyin layihə koordinatoru Huayun Kim Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, V.Qjorjiyev Azərbaycana ilk dəfə gəldiyini, ölkəmizi tanımağa başladığını deyib.