Kəlbəcərin işğalından 26 il ötür


Digərləri 02 Apr 2019 00:02:00 98 0

Kəlbəcərin işğalından 26 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 26 il ötür.

Bu xəbəri də oxu: Bakıda ofis yanıb

Son.az Trend-ə istinadən bildirir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib.

Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə təqribən 60 min olan Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Hazırda sayı 70 mini ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası, 110-dan artıq kitabxana, 100-ə qədər məktəb, 9 uşaq bağçası və xəstəxanalar Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və talan edilib.

İşğal nəticəsində Kəlbəcərin zəngin maddi-mədəni irsinə ciddi zərər yetirilib. Unikal qədim sikkələr kolleksiyası olan Kəlbəcər tarix muzeyi, qədim qəbiristanlıq, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi və digər alban kilsələri, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Kəlbəcər şəhərində və kəndlərdə olan məscidlər, Tağlıdaş körpüsü, Aşıq Şəmşir adına mədəniyyət evi Ermənistan silahlı qüvvələri tərəfindən darmadağın edilib.

Kəlbəcər rayonu ərazisində yerləşən və Azərbaycanın qədim alban irsinə aid olan və erməni kilsəsi ilə heç bir əlaqəsi olmayan Gəncəsar və Xudavəng monastrlarının orijinal arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilir. Kəlbəcərin təbii resursları və faydalı qazıntıları vəhşicəsinə istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın "Vallex" Qrupunun tərkibinə daxil olan "Base Metals" şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. Vəhşicəsinə istismar nəticəsində yatağın resursları tükənib. 2007-ci ildən etibarən "GeoProMining" şirkətinə daxil olan "GPM Gold" şirkəti Kəlbəcər ərazisində Söyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.

Kəlbəcərin təbii mineral resurslarının istismarı nəticəsində ətraf mühitə ciddi zərər yetirilib. Hüquqi ekspertiza aparmadan Azərbaycanın işğal olunmuş Kəlbəcər və digər rayonlarından çıxarılan faydalı qazıntıların, o cümlədən qızılın bəzi Qərb ölkələri tərəfindən idxalı ciddi narahatlıq doğuran haldır.

Ermənistan beynəlxalq humanitar hüququ pozaraq tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində məskunlaşdırma aparır, demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb edib. 822 saylı qətnamənin qəbulundan sonra 9 ölkədən ibarət olan ATƏT-in Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün "təcili tədbirlər haqqında vaxt cədvəli" hazırlayıb. BMT TŞ-nin qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanı işğal etdi. 27 iyul 1993-cü ildə BMT TŞ-nin sədrinə hesabatında ATƏT-in Minsk Konfransının prezidenti Mario Raffaelli bildirirdi: "Ermənistan BMT TŞ-nin tələblərinə məhəl qoymur, hücum edərək Azərbaycanın yeni rayonlarını işğal edib və danışıqlar prosesini və münaqişənin həllini pozur".

BMT TŞ tərəfindən 1993-cü ildə 822 saylı qətnamə ilə bərabər 853, 874 və 884 saylı qətnamələr qəbul edilsə də, onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir.

2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Ordusunun əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.

Kəlbəcərin işğalından 26 il ötür like
  • 02 Apr 00:01  
Digərləri Kəlbəcərin işğalından 26 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 26

arrow Ətraflı
Günün qoroskopu: Yaşam arealınızda qayda yaradın, xaos görüntülərindən qurtulun like
  • 02 Apr 00:01  
Digərləri Günün qoroskopu: Yaşam arealınızda qayda yaradın, xaos görüntülərindən qurtulun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycan neftinin QİYMƏTİ bahalaşıb like
  • 01 Apr 23:36  
Digərləri Azərbaycan neftinin QİYMƏTİ bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan neftinin QİYMƏTİ bahalaşıb like
  • 01 Apr 23:30  
Digərləri Azərbaycan neftinin QİYMƏTİ bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Bu qidalar hamilə qalmaq şansını azaldır like
  • 01 Apr 23:27  
Digərləri Bu qidalar hamilə qalmaq şansını azaldır

Pestisitin (kənd təsərrüfatında istifadə edilən dərman) daxil olduğu t

arrow Ətraflı
5260 mənzildə təbii qazın açılması təmin olunub like
  • 01 Apr 23:19  
Digərləri 5260 mənzildə təbii qazın açılması təmin olunub

Yanvar- mart ayları ərzində çoxmərtəbəli binalar üzrə 5260 mənzildə t

arrow Ətraflı