Xərçəng riskini azaldan 7 BİTKİ


Digərləri 01 Apr 2019 23:45:00 271 0

Xərçəng riskini azaldan 7 BİTKİ

Dünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı 18 milyona çatıb.

Son.az xəbər verir ki, dəhşətli xəstəliyin son illərdən durmadan artmasının səbəblərindən biri kimi istehsal olunan məhsulların tərkibi götərilir. Bəs, xərçəngin qarşısını almaq üçün təbiətin rəngli gücü nə qədər təsirlidir? Türkiyəli dietoloq Nilay Keçəçi Arpacı xərçəng riskini azaldan 7 faydalı məhsulun adını açıqlayıb.

Buğda otunun suyu xərçəng hüceyrələrinin böyüməsini əngəlləyir

20 növ amin turşu və antioksidant xassələrə malik olan səməni B vitamini kompleksi, C vitamini, selen, fosfor, maqnezium və kalium mineralları ehtiva edir. Tərkibindəki xlorofil hemoqlobin hasilatını artırır və buna bağlı olaraq orqanizmdə oksigen miqdarı da artır. Qısası, buğda suyu xərçəng hüceyrələrinin yaranması, böyüməsi üçün qeyri-münbit şərait yaradaraq prosesə mane olur. Buğda şirəsindən gündə ən çox 1 araq qədəhi qədər içilməlidir.

Jenşen xərçəng riskini azaldır

Əsrlərdir ki, qocalıq prosesini gecikdirmək və diabet xəstəliyinin müalicəsində istifadə edilən jenşen bədən müqavimətini artıraraq immun sistemini dəstəkləyən güclü bir qidadır. Jenşenin ən əhəmiyyətli xüsusiyyəti immunitet sistemini gücləndirməsidir. Bu da xərçənglə mübarizədə bir addım öndə olmağınızı təmin edir.

Ənginar ilə immun sisteminizi gücləndirin

Sellülozla zəngin olan ənginarın tərkibində A, B1, B2, B6 və C vitaminləri var. Mineral tərkibi ən yüksək olan tərəvəzlərdən biridir. Fosfor, kalsium, dəmir, natrium, kalium, maqnezium və sink da daxildir. Daşıdığı kuarsetin, gallik turşusu və sinarin kimi kimyəvi komponentlər və antioksidant maddələr sayəsində başda xərçəng olmaq üzrə bir çox xəstəliyə qarşı qoruyur və immuniteti dəstəkləyir. Həftədə bir və ya iki dəfə ənginar yeyə bilərsiniz.

Xərçəngin düşməni ananas


Xəbərə aid fotolar