Tam bişməmiş ət yeməyi xoşlayan gənc beyin parazitinə yoluxdu Ehtiyatlı olun


Digərləri 01 Apr 2019 23:05:00 236 0

Tam bişməmiş ət yeməyi xoşlayan gənc beyin parazitinə yoluxdu  Ehtiyatlı olun

Mütəxəssislər, Hindistanın Faridabad şəhərində yerləşən xəstəxanaların birində bir nəfərsə beyin parazitinə yoluxma faktı qeydə alıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, 18 yaşlı oğlan xəstəxanaya qıcolma və epilepsiya tutması ilə daxil olub. Onu valideynləri bildiriblər ki, son bir həftədə o, başının sağ hissəsində olan ağrılardan şikayət edib. Həmçinin  də xəstənin sağ gözündə şişkinlik də müşahidə edilib. 

USM müayinəsi zamanı xəstənin sağ gözündə kista aşkarlanıb. MRT- müayinəsindən sonra isə məlum olub ki, onun beynin qabığında beyin kötüyündə mərkəzi sinir sisteminin işini iflic edən donuz soliterinun sürfələri aşkarlanılb. 

Onlar orqanizmə ya yaxşı bişməmiş donuz ətini yeməklə ya da çirkli su içməklə yoluxa bilər.