Belçikada təhlükəli tapıntı


Dünya 01 Apr 2019 22:22:00 223 0

Belçikada təhlükəli tapıntı

Qərbi Flamandiyadakı Ostende şəhərinin liman rayonunda inşaat işləri zamanı İkinci Dünya müharibəsi dövründən qalmış bomba aşkar edilib. 250 metr radiusda olan evlərin sakinləri ehtiyat tədbirləri məqsədilə təxliyə olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təxliyə olunanlar dövrəyə alınmış yerdən bir neçə kvartal aralıdakı Duin və Zeye istirahət mərkəzlərinə çatdırılıblar.