Seul Kim Çen Inı АSEАN sammitinə dəvət edə bilər


Dünya 01 Apr 2019 22:16:00 275 0

Seul Kim Çen Inı АSEАN sammitinə dəvət edə bilər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Seul KXDR lideri Kim Çen Inın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (АSEАN) üzv ölkələrin və Cənubi Koreyanın sammitinə mümkün dəvəti məsələsini müzakirə edəcək.

"Ölkəmiz АSEАN ölkələri ilə məsləhətləşmələrə başlayıb. Müzakirələrdən asılı olaraq sammitə KXDR lideri Kim Çen In da dəvət edilə bilər", - deyə Cənubi Koreya hakimiyyətinin nümayəndəsi bildirib.