Təhsil Nazirliyi: Daha çox Bakı müəllimlərinin müraciətini gözləyirik


Digərləri 01 Apr 2019 22:00:00 206 0

Təhsil Nazirliyi: Daha çox Bakı müəllimlərinin müraciətini gözləyirik

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işləməsi ilə bağlı müsahibələrin aprel ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva – Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işləməsi ilə bağlı müsahibələrin aprel ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, vakant yerlərin və işə qəbul olunan müəllimlərin sayı Bakıda çox olduğu üçün müsabiqədə iştirak məqsədilə daha çox paytaxt müəllimləri tərəfindən müraciətlərin ediləcəyi gözlənilir: "Təbii ki, cənub zonasında da – Cəlilabad, Lerik, şimal zonasında ucqar kənd məktəbləri üzrə müraciətlərin sayının çox olacağı gözlənilir”. E.Bağırov əlavə edib ki, bu müsabiqədə yalnız müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Bunun üçün namizədlər 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Daha sonra Təhsil Nazirliyi tərəfindən sənədlərin emalı aparılacaq. Müsabiqədə iştirak üçün qeydiyyatdan keçən və elektron ərizələri təsdiq olunmuş namizədlər müsahibəyə dəvət ediləcəklər.