55 yaşlı qadın öz nəvəsini doğdu VİDEO


Digərləri 01 Apr 2019 21:57:00 204 0

55 yaşlı qadın öz nəvəsini doğdu  VİDEO

İngiltərənin Koventri şəhərində 55 yaşlı Emma Mayls öz nəvəsini dünyaya gətirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Emma uşaqlıq yolu olmayan qızına surroqat analıq edib və nəvəsini doğub. Mayls bildirib ki, qızına hədiyyə vermək üçün surroqat ana fikrini özü ortaya atıb.

İki uşaq anası olan Emma surroqat ana olmaq üçün 38 kilo arıqlayıb və hormonal dərmanlar qəbul edib. Mayls 16 yaşında uşaqlıq yolu olmadığını öyrənən və uşaq sahibi ola bilməyəcəyi üçün qəmgin olan qızına hədiyyə vermək üçün belə bir addım atıb.

Emmanın 31 yaşlı qızı Treysidən götürülən yumurtalar 40 yaşlı nişanlısı Adam Smitin sperması ilə dölləndirilib və embrion Emmanın uşaqlıq yoluna yerləşdirilib.