Növbəti günlərdə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır


Digərləri 01 Apr 2019 21:33:00 199 0

Növbəti günlərdə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aprelin 1-nə olan kosmik hava durumunu açıqlayıb.

Son.az xəbər verir ki, Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində 2737 (N12E43, Bxo/beta) şəklində nömrələnmiş oblast meydana gəlsə də, fəal deyil. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) müşahidə edilməyib.

Geomaqnit sahədə son 24 saat ərzində ümumən sakitlik olsa da, martın 31-də zəif fəallıq qeydə alınıb.