Varan qərarını verdi


İdman 01 Apr 2019 21:40:00 255 0

Varan qərarını verdi

Real-ın müdafiəçisi Rafael Varanın mövsümün sonunda komandadan ayrılacaq.

Goal.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı futbolçu artıq məsələ ilə bağlı klub rəhbərliyini məlumatlandırıb. 25 yaşlı oyunçu yayda Madrid təmsilçisindən gedəcəyini bildirib.

Qeyd edək ki, Varanın xidmətində Manchester United, Juventus, Bayern Munich və PSG maraqlıdır. Fransa millisinin üzvünün bu dörd klubdan birinə keçəcəyi istisna olunmur.