25 qəzetə maliyyə yardımı ayrıldı


Digərləri 01 Apr 2019 20:34:00 198 0

25 qəzetə maliyyə yardımı ayrıldı

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Son.az Fonda istinadən xəbər verir ki, qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi.məsələ barədə məlumat verib. 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli məsələ ilə bağlı məlumat verərək bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.

O qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir.