Azərbaycanlı oliqarxın oğlu rus müğənnini döydü


Digərləri 01 Apr 2019 20:07:00 221 0

Azərbaycanlı oliqarxın oğlu rus müğənnini döydü

Rusiyanın tanınmış "Фактор-2" qrupunun solisti İlya Podstrelov instaqramda video paylaşaraq bir nəfər tərəfindən hücuma məruz qaldığını bildirib. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, müğənninin sosial şəbəkədə yerləşdirdiyi videoda naməlum şəxsin ona zərbələr endirdiyi görünür. 

Əksər Rusiya KİV-ləri iddia edib ki, İlyanı döyən şəxs qondarma Donetsk Xalq Demokratik Repsublikasında Azərbaycan diasporunun keçmiş rəhbəri Malik Pirverdiyevin oğlu Camal (Coni) Pirverdiyevdir. 

Lakin "Life.ru" saytı araşdırma apararaq hücum edən şəxsin Camal yox, Ceyhun Priverdiyev olduğunu müəyyənləşdirib.  Ceyhun azərbaycanlı biznesmen, stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğludur. O, bloqqer və müğənnilik peşəsi ilə məşğuldur.  

Iddia olunur ki, Ceyhun qrup üzvünün çıxış etdiyi restoranda dostu ilə nahar edib.  Bu zaman İlya həmkarı Jerri ilə birgə qadına şiddəti təbliğ edən mahnı səsləndirib.  Bu, oliqarx oğlunun xoşuna gəlməyib və ifaçının səhnə çıxışından sonra otağına gedərək onu döyüb. 


Xəbərə aid fotolar