Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan rüsumun dərəcələri açıqlanıb


Digərləri 01 Apr 2019 20:08:00 233 0

Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan rüsumun dərəcələri açıqlanıb

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, "Dövlət rüsumu haqqında" qanuna əlavə edilməsi təklif olunan 32-1-ci maddəyə əsasən, məktəbəqədər, ümumi, məktəbdənkənar, ali, əlavə təhsil müəssisələri, eləcə də peşə, orta ixtisas təhsili müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyasının keçirilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.

Bundan başqa, "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanuna 5.2-ci maddənin əlavə edilməsi təklif olunur:

"5.2. Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq, təhsil müəssisələrində tədris digər dillərdə də aparıla bilər".