Borussia Dortmund Premyer Liqa klubundan FİFA-ya şikayət edəcək


İdman 01 Apr 2019 19:20:00 300 0

Borussia Dortmund Premyer Liqa klubundan FİFA-ya şikayət edəcək

Borussia Dortmund klubu Manchester United-dən FİFA-ya şikayət edəcək.

Goal.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Dotmund təmsilçisi Manchester United-i futbolçusu Ceydon Sanço ilə icazəsiz danışıqlar apardığı üçün FİFA-ya şikayət edəcək.

“Qırmızı şeytanlar”ın rəhbərliyinin ingilis futbolçuyla telefon danışıqları apardığı və onun meneceri ilə Dortmund şəhərində görüş keçirdiyi bildirilib.

İngiltərə mətbuatı bir müddət əvvəl Sançonun Manchester United-ə transfer olacağını iddia edib.