Bu il meyvətərəvəz ixracından 76 milyon dollar əldə olunub


Digərləri 01 Apr 2019 17:14:00 241 0

Bu il meyvətərəvəz ixracından 76 milyon dollar əldə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin mart ayı üçün sayı təqdim olunub.

Son.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Respublikasının ixracı 3,2 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon ABŞ dolları olub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 40 milyon ABŞ dolları və ya 16,5 faiz artıb. Cari ilin ilk iki ayı ərzində Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində Rusiyaya qeyri-neft ixracı 21%, Gürcüstana 13% və İrana 2,1 dəfə artıb.

2019-cu ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (30,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mahlıc (25,9 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı isə (24,7 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 76 milyon, elektrik enerjisinin ixracı 30,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 30,1 milyon, pambıq lifi ixracı 26 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 milyon, kimya sənayesi məhsullarının ixracı 12,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 6,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 milyon, pambıq ipliyi ixracı 3,7 milyon ABŞ dolları təşkil edib.