Inın qardaşının “qatil”inə hökm oxundu


Dünya 01 Apr 2019 16:54:00 250 0

Inın qardaşının “qatil”inə hökm oxundu

Malayziya məhkəməsi KXDR lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində iştirakda təqsirləndirilən Vyetnam vətəndaşı Doan Txi Hionqu üç il dörd ay müddətinə azadlıqdan məhrum edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı ittihamın "təhlükəli elementlərdən istifadə etməklə sağlamlığa ziyan vurma"ya dəyişdirilməsini təklif edib.

Təqsirləndirilən şəxs Malayziya ali məhkəməsinin qərarından sonra "güclü stress" keçirdiyindən polislərin nəzarəti altında psixiatrik xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl martın 11-də məhkəmə cinayət işində adı hallanan digər müttəhim - İndoneziya vətəndaşı Siti Asyaya qarşı ittihamı ləğv olunaraq, məhkəmə zalından sərbəst buraxılmışdı.