Rövşən Rzayev: "Məcburi köçkünlərə mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir"


Digərləri 01 Apr 2019 16:44:00 262 0

Rövşən Rzayev: "Məcburi köçkünlərə mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir"

"Dünyada yalnız Azərbaycanda məcburi köçkünlər üçün dövlət tərəfindən mənzillər tikilir və pulsuz paylanılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan dövləti indiyə qədər bu işi həyata keçirib və bundan sonra da həyata keçiriləcək:

"Mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir. Təkcə son bir il ərzində məcburi köçkünlərə üç mindən çox mənzil verilib. Mənzillərin verilməsi ilə bağlı xüsusi komissiya yaradılıb və tam əminliklə deyə bilərəm ki, komissiya şəffaf şəkildə fəaliyyət göstərir. Təəssüflər olsun ki, bəziləri bizim haqqımızda başqa cür danışır, ancaq onların da məqsədi bizə aydındır".