"ShamkirChess 2019": Şəhriyar -Teymur qarşılaşması sülhlə bitdi - FOTO


İdman 01 Apr 2019 16:39:00 264 0

"ShamkirChess 2019": Şəhriyar -Teymur qarşılaşması sülhlə bitdi - FOTO

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində II turun görüşləri keçirilir.

Goal.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5. İlk turda da heç-heçə edən qrossmeysterlərin hərəsinin 1 xalı var. 

Hazırda Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya), Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya), Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir.

Qeyd edək ki, ilk turdan sonra şahmatçıların hər biri 0,5 xala malikdir. 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.

Image may contain: 2 people, including Shahriyar Mammadyarov, people smiling