Bakı Ali Neft Məktəbində İstanbul Aydın Universitetinin rəhbərliyi ilə görüş keçirilib FOTO


Digərləri 01 Apr 2019 15:46:00 226 0

Bakı Ali Neft Məktəbində İstanbul Aydın Universitetinin rəhbərliyi ilə görüş keçirilib  FOTO

Bakı Ali Neft Məktəbində (BANM) İstanbul Aydın Universitetinin prezidenti Mustafa Aydın və onun rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

BANM-dan Son.az-a verilən məlumata görə, görüş zamanı BANM-ın rektoru Elmar Qasımov Mustafa Aydın və onun nümayəndə heyətini BANM-da salamlayıb və Ali Məktəbin İstanbul Aydın Universitetinin rəhbəri Ali Məktəbi möhtəşəm kampus və yüksək ballı tələbələri olduğu üçün təbrik edib. Daha sonra Mustafa Aydın qurucusu olduğu Avrasiya Universitetlər Birliyinin (EURAS) fəaliyyəti və onun gördüyü işlər haqqında danışıb.

Bakı Ali Neft Məktəbinin də üzvü olduğu birliyin növbəti beynəlxalq sərgisindən danışan Mustafa Aydın Bakı Ali Neft Məktəbilə birgə Azərbaycan təhsilinin dünyada tanıdılması istiqamətində işlər görməyə hazır olduğunu bildirib. O, Ali Məktəbi hər il minlərlə dünya universitetlərinin qatıldığı və Şimalı Amerikada təşkil olunan NAFSA və digər təhsil sərgilərinə qatılmağa dəvət edib.


Xəbərə aid fotolar