Vəkil qalmaqallı video barədə:


Digərləri 01 Apr 2019 15:05:00 281 0

Vəkil qalmaqallı video barədə:

Son günlər sosial şəbəkələrdə yeni trend yaranıb. Belə ki, əsasən qızlar Vüqar Səda adlı şəxsin ifa etdiyi "Kazbekə şey basım, fırlanım" mahnısına video çəkərək şəbəkələrdə paylaşıb. Videoların ictimailəşməsindən sonra isə işə ictimai-siyasi xadimlər də qarışıb. Belə ki, deputatlar hüquq-mühafizə orqanlarına müraciət edərək bu videoların narkotik təbliğatı olduğunu bildirib. 

Bu cür mahnıların ifası, gənclər arasında narkomaniyaya meylillik yarada bilərmi? Aidiyyəti orqanlar bu istiqamətdə araşdırma aparmalıdrmı? Narkomaniyaya təhrik olduğuna dair məqamlar öz təsdiqini taparsa, bu cür mahnıları ifa edən şəxsləri nə kimi cəzalar gözləyir?

Son.az xəbər verir ki, oxu.az-ın bu və digər suallarını vəkil Elmar Süleymanov cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu və digər məsələləri əhatə edən maddə mövcuddur:

"Cinayət Məcəlləsində mahnıların oxunmasına qarşı elə bir məqam olmasa da, çoxlarının diqqətindən yayınan bir maddə var. Belə ki, CM-nin 236-cı maddəsinə əsasən "narkotik və psixotrop maddələrin istifadəsinə təhrik etmə" qabaqcadan əlbir olan bir qrup mütəşəkkil dəstə tərəfindən törədilən, bilə-bilə yetkinlik yaşına çatmayan iki və daha çox şəxs barəsində törədildikdə 5 ildən 10 ilə qədər müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Bu kifayət qədər ağır bir cəzadır.