Qənirə Paşayeva yayılan videodan danışdı: "Bu nə dəhşətdir, ilahi"


Digərləri 01 Apr 2019 14:15:00 260 0

Qənirə Paşayeva yayılan videodan danışdı: "Bu nə dəhşətdir, ilahi"

Qənirə Paşayeva "Kazbekə şey basım fırlanım" mahnısı ilə bağlı öz fikrini bildirib. 

Son.az azxeber-ə istinadən xəbər verir ki, Qənirə Paşayeva sosial şəbəkədə gənclər tərəfindən paylaşılan və trend olaraq adlandırılan "Kazbekə şey basım fırlanım" mahnısı ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşaraq bunu dəhşət adlandırıb.   Xanım millət vəkili həmkarı Fazil Mustafaya dəstək olduğunu və özünün də bu mahnı ilə bağlı aididyyəti orqanlara müraciət edəcəyini deyib: "Bu nə dəhşətdi, İlahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi? Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm.   Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının görəsən bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi? Çox düşündürücü və narahatverici bir məsələdir.   Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təssüf... Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülmıldir. Bu videoları bəyənənlərə isə sadəcə deyilıəcək sözüm yoxdur. Çox təssüf... Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir. Tezliklə yığışdırılması lazımdır bu videoların".   Qeyd edək ki, millət vəkili Fazil Mustafa "Kazbekə şey basım fırranım" mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.