92 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)


Digərləri 01 Apr 2019 13:58:29 216 0

92 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 30-da keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 30-da keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır.