2 nəfər külli miqdarda narkotiklə tutuldu


Digərləri 01 Apr 2019 13:44:00 206 0

2 nəfər külli miqdarda narkotiklə tutuldu

Azərbaycana satmaq məqsədi ilə 7 kiloqramdan artıq tiryək gətirən şəxslər saxlanılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

DİN-dən Son.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Sabirabad rayon sakinləri Azər İsmailov və tanışı Nadir İsmayılov saxlanılıblar. Onların əlində olan 3 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 490 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.


Xəbərə aid fotolar