Zabratda qardaşını odlu silahla vuran şəxs tutuldu


Digərləri 01 Apr 2019 13:48:00 220 0

Zabratda qardaşını odlu silahla vuran şəxs tutuldu

Martın 31-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Şamilovun tüfəngdən açılmış atəşlə qətlə yetirilməsi barədə DİN-in "102-Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz aşkar edilərək götürülüb.