Oqtay Şirəliyev əmr imzaladı


Digərləri 01 Apr 2019 13:21:00 297 0

Oqtay Şirəliyev əmr imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev 21-28 aprel 2019-cu il tarixlərində Azərbaycanda "Formula 1 Azərbaycan Qran Prisi" yarışının keçirilməsi ilə bağlı tədbir iştirakçılarına və qonaqlara tibbi yardımın təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

Son.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi, tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.