Keçmiş məhkum atasını döyərək öldürdü


Digərləri 01 Apr 2019 13:25:00 223 0

Keçmiş məhkum atasını döyərək öldürdü

Martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.