“Həlledici rol Messiyə məxsusdur, İkardiyə yox” - İnter-in baş məşqçisi


İdman 01 Apr 2019 12:32:00 287 0

“Həlledici rol Messiyə məxsusdur, İkardiyə yox” - İnter-in baş məşqçisi

İnter-in baş məşqçisi Luçano Spalletti A seriyasının 29-cu turunun Lazio ilə matçından danışıb.

Goal.az xəbər verir ki, İnter evdə keçirdiyi oyunda məğlub olub - 0:1.

“Turnir cədvəlində ən yaxın rəqibə uduzduq. Oyuna pis başlamadıq. Uzun müddət nəzarət bizdə idi. Ələ düşən qol vəziyyətlərindən istifadə edə bilmədik. Lazio yaxşı müdafiə olundu. Qol şansını əldən vermədi. İkardi əvvəlki davranışlarına görə heyətdə olmamalı idi. 20-30 dəqiqə oynaya bilərdi. Əsas bu deyil. Komandada nüfuz əsasdır. İkardi oynamalıdır, başa düşürəm. Son zamanlar özünü pis aparmır. Belə davam etsə heyətdə yer alacaq. Bəziləri məni qınayır. Deyirlər ki, İkardisiz uduzuruq. Biz onun çıxış etdiyi matçlarda da məğlub olmuşuq. Həlledici rol Messiyə məxsusdur, İkardiyə yox. Peşəkarlıq, özünə hörmət qazanmaq, intizamlı olmaq-bunlar Messiyə aid olan keyfiyyətlərdir. Məşqçiyə hörmətlə yanaşılmalıdır. Onun qərarında yanılmadığı etiraf olunmalıdır”,- çalışdırıcı deyib.