Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib (FOTO)


Digərləri 01 Apr 2019 12:32:55 172 0

Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib (FOTO)

Martın 30-da YAP Mərkəzi aparatı və YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırım Günü" nə həsr olunmuş tədbir keçirilib.

Bakı. Martın 30-da YAP Mərkəzi aparatı və YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırım Günü" nə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, YAP gəncləri ilə "Quba Soyqırım Memorial Kompleksi" ziyarət edilib. Keçirilən tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və "Yazıçılar Birliyi"nin üzvü Əlibala Məhərrəmzadə çıxış edib. Çıxış edənlər erməni cəlladlarının Azərbaycan xalqına qarşı dəfələrlə törətdikləri soyqırım aktları barədə danışaraq bu hadisələrin dünya ictimaiyyətinə daha yaxından çatdırılmasının vacibliyini qeyd ediblər. Daha sonra bildirilib ki, 31 mart – Azərbaycanlılarının Soyqırımı Günündən uzun müddət keçməsinə baxmayaraq soyqırım qurbanlarının əziz xatirəsi Azərbaycan xalqı tərəfindən yad edilir və həmişə yad olunacaqdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin