Zabratda qardaşını odlu silahla vuran şəxs tutulub


Digərləri 01 Apr 2019 11:57:25 260 0

Zabratda qardaşını odlu silahla vuran şəxs tutulub

Zabrat qəsəbə sakini Kamran Şamilovu odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinn qardaşı Hüseynbala saxlanılıb

Bakı. Martın 31-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Şamilovun tüfəngdən açılmış atəşlə qətlə yetirilməsi barədə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz aşkar edilərək götürülüb.