Tovuzda partlayış - Dağıntılar altından 2 nəfər çıxarıldı


Digərləri 01 Apr 2019 09:21:00 194 0

Tovuzda partlayış - Dağıntılar altından 2 nəfər çıxarıldı

Tovuzda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Bakı. Tovuzda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.