Bu gündən sosial müavinətlərin məbləği artır
Digərləri 01 Apr 2019 09:00:00 239 0
Yeni təqaüd növlərinin ödənişi də təmin olunacaq
Bakı. İlhamə İsabalayeva -
Bu gündən sosial müavinətlərin məbləği artır.
Trend-in məlumatına görə, aprelin 1-dən artımlar tətbiq olunmaqla, yeni təqaüd növləri də təsis olunacaq. Eyni zamanda, artırılmış sosial müavinət və təqaüdlər elə aprel ayında yeni artımla birgə veriləcək, yeni təqaüd növlərinin də ödənişi də aydan təmin ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamına uyğun olaraq, 14 kateqoriya üzrə sosial müavinətlərin və 7 kateqoriya üzrə Prezident təqaüdlərinin orta hesabla 100 faiz artırılması, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilməsi üçün müvafiq normativ aktlar hazırlanaraq aiddiyatı üzrə təqdim edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, sərəncam ən həssas kateqoriyalardan olan 600 minədək vətəndaşı, o cümlədən əlilliyi olan 300 min şəxsi əhatə edəcək. O, sosial müavinətlərin və təqaüdlərin artırılması, həmçinin yeni təqaüdlərin təsis olunması üçün illik əlavə olaraq 400 milyon manat vəsait ayrılacağını bildirib.
Mənbə: az.trend.az