Yaşı 8dən çox olan və sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün sənəd qəbuluna başlanılır


Digərləri 01 Apr 2019 08:29:00 260 0

Yaşı 8dən çox olan və sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün sənəd qəbuluna başlanılır

Bu gündən yaşı 8-dən yuxarı olan uşaqların, eyni zamanda, sağlamlıq imkanı məhdud uşaqların valideynləri övladlarının I sinfə qəbulu üçün sənədləri müvafiq orqanlara təqdim edə biləcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.04.2019-cu il tarixdən həftənin II günü yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Bakı Şəhəri üzrə Təhsil İdarəsində, Sumqayıt Şəhər Təhsil Şöbəsində, Gəncə Şəhər Təhsil İdarəsində, Mingəçevir Şəhər Təhsil Şöbəsində, Naftalan Şəhər Təhsil Şöbəsində, Şirvan Şəhər Təhsil Şöbəsində, Abşeron Rayon Təhsil Şöbəsində, Yevlax Rayon Təhsil Şöbəsində və Samux Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.