Bakıda tikiləcək "Ağ Şəhər" metro stansiyası ilə bağlı XƏBƏR


Digərləri 01 Apr 2019 07:55:00 258 0

Bakıda tikiləcək "Ağ Şəhər" metro stansiyası ilə bağlı XƏBƏR

Bakının Nobel prospektində, "Ağ Şəhər" ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.

Son.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, yeni stansiya üçün ayrılan ərazi təmsil etdiyi qurum tərəfindən hasarlanıb: "Stansiyanın yeri artıq məlumdur. Şərti adı "Y-14" adlandırılır. Yeni metro stansiyası "Dərnəgül" - "Xətai" xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, "Xətai"dən sonrakı stansiya olacaq".

B.Məmmədov qeyd edib ki, stansiyadan əsasən tikilməkdə olan "Ağ Şəhər" yaşayış məntəqəsinin sakinləri rahatlıqla istifadə edəcəklər.