Zelenski Ukrayna prezidenti seçkilərində liderdir
Dünya 01 Apr 2019 07:48:00 213 0
Şoumen Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində liderlik edir.
Son.az Trend-ə istinadən bildirir ki, protokolların 10,27 faizinin hesablanmasından sonra Zelenski seçicilərin 29,66% səsini toplayıb.
Onun izləyicisi hazırki prezident Petro Poroşenko 16,83 faiz səs toplayıb. "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko isə 13,75% səslə üçüncüdür.
Mənbə: milli.az