Güngörməz qalasının tədqiq olunmasına və qorunmasına ehtiyac var FOTO


Digərləri 01 Apr 2019 04:30:00 238 0

Güngörməz qalasının tədqiq olunmasına və qorunmasına ehtiyac var  FOTO

Hacıqabulda rayon mərkəzindən 45 kilometr aralıda unikallığı ilə seçilən bir qala var. Tarixi mənbələrə görə, qala düşmən hücumlarından qorunmaq məqsədilə inşa olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Güngörməz adlanan bu qala rayonun Udulu kəndi ərazisində yerləşir.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev bildirib ki, Güngörməz qalası ulu əcdadlarımızın qədim yaşayış məskəni olub. Tədqiqatçıların dediyinə görə, bu yaşayış yeri antik dövrdən XVII əsrə qədər olan dövrü əhatə edib.

Qala dağın ən hündür zirvəsində tikilib və onun qərb tərəfi keçilməz sıldırm qayalıqlarla əhatələnib. Bu əraziyə gün düşmədiyindən qala da Güngörməz adlanıb. Qalanın ətrafı böyük sal daşlarla hörülüb. Onun divarının eni 3 metrdir. Daxildə isə əlavə divarlar da mövcuddur. Bu divarların aşağı hissəsi nəhəng sal daşlardan ibarətdir. Güman edilir ki, siklopik qalaları xatırladan Güngörməzin inşaasından əvvəl də bu ərazidə müdafiə qalası mövcud olub. Məhz Güngörməz qalası tikilərkən siklopik qala qalıqlarından da istifadə edilib.


Xəbərə aid fotolar