Zelenski Ukrayna prezidenti seçkilərində liderdir


Digərləri 01 Apr 2019 04:21:42 204 0

Zelenski Ukrayna prezidenti seçkilərində liderdir

Şoumen Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində liderlik edir.

Bakı. Şoumen Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində liderlik edir. Trend-in məlumatına görə, protokolların 10,27 faizinin hesablanmasından sonra Zelenski seçicilərin 29,66% səsini toplayıb. Onun izləyicisi hazırki prezident Petro Poroşenko 16,83 faiz səs toplayıb. “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko isə 13,75% səslə üçüncüdür. Ölkə prezidenti postuna 39 namizəd iddia edir. Qeyd edək ki, Ukrayna prezidentinin səlahiyyət müddəti beş ildir. MSK aprelin 10-a qədər seçkilərin nəticələrini açıqlamalıdır. Namizədlərdən hər hansı biri birinci turda səslərin yarısından çoxunu yığa bilməsə, aprelin 21-i ikinci tur keçiriləcək.